Levandovski: "Bu nəticəni tezliklə unuda bilməyəcəyik"

Polşa millisi AVRO-2016-da çıxışını oyunda məğlub olmadan başa vurub.

Polşa millisi AVRO-2016-da çıxışını oyunda məğlub olmadan başa vurub.

Goal.az xəbər verir ki, penaltilər seriyasındakı yenilgidən sonra komandanın lideriRobert Levandovski portuqalların AVRO-2016-də praqmatik futboluna münasibət bildirib.

"Topa nəzarətdə bizi cüzi qabaqlayan rəqibə uduzmaq ağırdır. Unutmaq olmaz ki, bu turnirdə Portuqaliya əsas vaxtda bir dəfə qələbə qazanmadan yarımfinala çıxdı. Futbolun paradoksudur. Biz çox çalışdıq. Təəssüf ki, penaltini tam dəqiq vurmadıq və mübarizəni dayandırdıq. Uğura çox yaxındıq. Bu nəticəni tezliklə unuda bilməyəcəyik. Amma futbolçuların möhkəm xarakteri var. Bu dərdi yaşayarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31