Ronaldu: "Heç kəs yarımfinala yüksələcəyimi gözləmirdi"
"Çətin oyun oldu. Polşa yaxşı oynadı. Rəqib fiziki cəhətdən güclü idi. Amma biz daha yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq".
1 İyul 2016 18:55 İdman"Çətin oyun oldu. Polşa yaxşı oynadı. Rəqib fiziki cəhətdən güclü idi. Amma biz daha yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu"Avro-2016"nın 1/4 finalında Polşa üzərində penaltilər seriyasında 5:3 hesabı ilə qazandıqları qələbəni şərh edərkən deyib.
O, qol vurmadığı üçün təəssüflənmədiyini bildirib:
"Bəli, fərqlənə bilmədim, ancaq həmişə bütün gücümlə oynayıram. Bu oyunda Renato Sançes qol vurdu. Ona təbrik edirəm. Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi, ancaq biz artıq yarımfinaldayıq".
K.Ronaldo penaltilər seriyasının lotereya olduğunu söyləyib:
"Penaltilər seriyasında yaxşı oynadıq".
Portuqaliya millisinin hücumçusu yarımfinal qarşılaşması haqda da danışıb:
"Belçika - Uels cütünün qalibi ilə üz-üzə gələcəyik. Uels bu turnirdə yaxşı təsir bağışlayır. Belçika da gözəl futbol nümayiş etdirir. Məqsədimiz çempion olmaqdır".