AÇ-2016: "Şeytan" "əjdaha"ya qarşı

Bu gün Avropa çempionatında ikinci 1/4 final görüşü keçiriləcək.

Bu gün Avropa çempionatında ikinci 1/4 final görüşü keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirin sürprizlərindən hesab olunan Uels millisi ilə Belçika yığması üz-üzə gələcəklər.

Çempionata yaxşı başlamayan, ancaq tədricən öz oyununu tapan Belçika yığması 1/8 finalda Macarıstanı darmadağınla keçib. Eden Hazardın liderlik etdiyi "qırmızı şeytanlar" heyətindəki oyunçulara görə turnirin gizli favoritlərindən hesab olunur.
 
Uels isə Qaret Beyl və Aaron Remzi kimi ulduzları ilə addım-addım irəliləməyə davam edir. "Əjdahalar" tarixində ilk dəfə yarımfinal uğrunda mübarizəyə qoşulacaqlar.
 
1/8 finalda Britaniya derbisində Şimali İrlandiyanı tək qolla keçən "qırmzılar" yarımfinal üçün bütün gücü ilə mübarizə aparacaqlar.
 
Avropa çempionatı
1/4 final
1 iyul
 
23:00. Uels - Belçika
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
Ehtiyat yan xətt hakimi: Elenito di Liberatore (İtaliya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)
Lill. "Pyerr Morua" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31