"Divanda oturub çips yeyə-yeyə danışmaq asandır"

İspaniya millisinin kapitanı Serxio Ramos komandanın AVRO-2016-da mübarizəni dayandırmasından sonra maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, Ramos əsas rəqiblərin ötən illərlə müqayisədə gücləndiyini etiraf edib.

"Bu, hər birimizə zərbədir. Amma toparlanıb irəli baxmaq lazımdır. Yeni futbolçulara inanırıq. Fantastik period keçirmişik - 2 Avropa, 1 dünya çempionatının qalibi olduq. Məğlubiyyət ehtimalımız az idi. Artıq keçmişdə etdiklərimizi dəyərləndirməyə məcbur edən ciddi rəqiblərimiz var. Nəsil dəyişikliyi? Bu barədə divanda oturub çips yeyə-yeyə danışmaq asandır. Bilmirəm. Başqa komandalarda 35 yaşlı futbolçular var. Uduzanda az danışmaq lazımdır. Napoleon deyib: "Qələbənin atası çoxdur, yenilgi isə yetimdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31