Laqerbek: “Xocsonu günahlandırmağa dəyməz”
29 İyun 2016 18:30 İdman"Təbii ki, xoşbəxtəm. Turnirdə inanılmaz çıxış etdik".
APA xəbər verir ki, bu sözləri AÇ-2016-nın 1/8 final mərhələsində İngiltərə üzərində qələbə qazanan İslandiya yığmasının baş məşqçisi, isveçli Lars Laqerbek deyib.
"Mən Roy Xocsona minnətdarlığımı bildirmək istəyirəm. İndi o çox çətin durumdadır. Lakin vaxtilə Xocson İsveç futboluna böyük töhfə verib. Təlim-məşq sistemini dəyişib, məni və digər məşqçiləri bir çox taktiki nüanslarla tanış edib. Xocsonu günahlandırmağa dəyməz, o möhtəşəm məşqçidir", deyə L.Laqerbek bildirib.
Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk edib, komandanın baş məşqçisi, 69 yaşlı Roy Xoçson isə istefa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31