İngiltərə yığmasının baş məşqçisi istefa verdi
29 İyun 2016 18:29 İdman"Avro-2016"nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.
Trend-ə istinadən bildirir ki, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib.
"Çox məyus oldum. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim" - deyə Roy Hocson bildirib.
Qeyd edək ki, Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31