Terror zamanı İstanbulda olan idmançımız: "Həmin saatda uçmalı idim"
29 İyun 2016 16:59 İdmanDünən Atatürk hava limanında terror aktı baş verən zaman İstanbulda olan kikboks üzrə 5 qat dünya çempionumuz Pərviz Abdullayev aznews.az-a danışıb.
İdmançı bildirib ki, hadisə baş verən vaxtda Atatürk hava limanından Bakıya uçmalı imiş: "Mənim biletim dünən saat 22:30-a idi. Ancaq nə isə fikrimi dəyişdim, bu gün üçün Bakıya qayıtmaq qərarına gəldim. Buna görə də biletimi bu gün üçün dəyişdim, getmədim. Yoxsa mən də həmin vaxt orada olacaqdım".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31