"Bütün dünyanı şoka saldıq"

İslandiya millisinin müdafiəçisi Kari Arnason komandanın İngiltərəni məğlub etməsindən danışıb.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu bunu millinin tarixi ərzində qazandığı ən ciddi uğur kimi qiymətləndirib.

"Bunun İslandiya millisinin tarixində ən böyük qələbə olduğu tamamilə doğrudur. Bu gün bütün dünyanı şoka saldıq. Təsvirəgəlməz dərəcədə sevincliyəm. Nəsə demək çətindir. İngiltərə ilə oyunda nə etmək lazım olduğunu dəqiq bilirdik. Siqurdssonla oyunumuz yaxşı getdi. Buna görə oyuna nəzarət edə bildik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31