"Belə bir komandaya qalib gəldiyimiz üçün futbolçularımla qürur duyuram"
28 İyun 2016 18:45 İdman"İtaliya futbolunun ən yaxşı dönəmi deyil. Ancaq biz döyüşkən bir komanda yaratdıq. Bizimlə müqayisədə İspaniya futbolu hazırda daha irəlidədir. Belə bir komandaya qalib gəldiyimiz üçün futbolçularımla qürur duyuram".
Qol.az bildirir ki, bu sözləri İtaliya millisinin baş məçqçisi Antonio Konteİspaniyaya qalib gəldikləri oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
"Avro-2016"nın 1/4 finalında Almaniya ilə qarşılaşacaqları oyun haqda da danışan Konte bu görüşün daha çətin olacağını bildirib:
"Almaniya ilə oyun da çox çətin olacaq. Həmin gün fövqəladə bir oyun oynamalıyıq. Məncə, Almaniya bütün komandalardan güclüdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31