"Qalatasaray" rumın hücumçu ilə razılığa gəlib
"Qalatasaray" bu yay növbəti transferini reallaşdırmaq üzrədir.
28 İyun 2016 15:23 İdman"Qalatasaray" bu yay növbəti transferini reallaşdırmaq üzrədir.
Goal.az xəbər verir ki, "Cim bom" Rumıniya millisinin hücumçusu Florin Andoneilə razılıq əldə edib. Gənc hücumçunun İstanbul klubunda illik maaşı 1 milyon avro olacaq. Transfer qiyməti 6-7 milyon avro təşkil edəcək. Andone ötən mövsüm "Cordoba"nın heyətində 36 oyuna çıxıb və 21 qol vurub. Onunla Rusiyanın "Spartak" və "Rubin" klubları da maraqlanırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31