İngiltərə yığması ələ salındı - FOTO
AVRO-2016-nın 1/8 finalında İngiltərə yığmasının İslandiya millisinə 1:2 hesabla məğlub olaraq turniri tərk etməsi Dumanlı Albionu az qala yasa batırıb.
28 İyun 2016 10:08 İdmanAVRO-2016-nın 1/8 finalında İngiltərə yığmasının İslandiya millisinə 1:2 hesabla məğlub olaraq turniri tərk etməsi Dumanlı Albionu az qala yasa batırıb.
Daily Mail-ə istinadən bildirir ki, ingilis azarkeşlər pərişandırlar. Bununla belə, onlar sosial şəbəkələrdə yığmanı və komandanın baş məşqçisini lağa qoyublar, memlər yaradıblar.
"İngiltərə yeganə ölkədir ki, bir həftədə iki dəfə Avropanı tərk etdi", "İngiltərə yığmasının baş məşqçisi ildə 4,6 milyon dollar maaş alır, İslandiya yığmasının məşqçisi isə yarımştat diş həkimidir" tipli memlər azarkeşlərin keçirdiyi hissləri büruzə verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31