İngiltərə millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Xocson istefa verib.

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Xocson istefa verib.

"Reuters" agentliyinin məlumatına görə, bu barədə R.Xocson AVRO-2016 çərçivəsində keçirilən İngiltərə-İslandiya oyunundan sonra deyib.

"Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir", R.Xocson deyib.

Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk etmək məcburiyyətində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31