İtaliyanı 1/4 finala yüksəldən qələbə - VİDEO

Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşir.

Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçirilib. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyun italyanların qələbəsi ilə yekunlaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn İtaliya 1/4 finala adlayıb. Son Avropa çempionu olan İspaniya yığması isə turnirlə vidalaşıb.

1/8 final mərhələsinin son oyununda İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

27 iyun

"Avro-2016", 1/8 final

20:00. İtaliya - İspaniya - 2:0

Qollar: Corcio Kyellini, 33 (1:0), Qraziano Pelle, 90+1 (2:0)

Baş hakim: Cüneyt Çakır

Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun

Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek ve Barış Şimşek (hamısı Türkiyə)

Dördüncü hakim: Martin Atkinson (İngiltərə) 

Sent-Denis. "Stad de Frans" stadionu.

23:00. İngiltərə - İslandiya 

Baş hakim: Damir Skomina 

Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan

Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya) 

Nitsa. Nitsa şəhər stadionu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31