Oliver Kandan şok iddia: Konte Türkiyədən qisasını aldı

Avropa çempionatının qrup mərhələsində İtaliya yığmasının İrlandiyaya məğlubiyyəti hələ də müzakirə mövzusudur.

Apasport.az xəbər verir ki, bəzi azarkeşlər Türkiyə yığmasının ən yaxşı üçüncülər arasına düşməməyi üçün italyanların bilərəkdən məğlub olduğunu düşünürlər.
 
Maraqlıdır ki, Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan da bu fikirdədi.
 
O, yerli mətbuata açıqlamasında İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin bu məğlubiyyətlə Türkiyədən qisasını aldığını söyləyib: "Konte "Yuventus"a rəhbərlik edəndə 2013-cü ildə Turin klubu "Qalatasaray"a yenilərək (0:1) Çempionlar Liqasının qrupunda qalmışdı. Məncə, həmin matç məşqçinin yadından çıxmayıb və Konte türklərdən o oyunun qisasını İrlandiyaya məğlub olaraq aldı. Buraxılan qola diqqət yetirin. Qapıçı qəsdən boşa çıxdı. İtaliya yığması sadəcə, qələbə qazanmaq istəmədi".
 
Qeyd edək ki, Türkiyə millisi D qrupunu 3-cü pillədə başa vursa da, ən yaxşı 4 komanda arasına düşə bilməyib və Avropa çempionatı ilə vidalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31