Ronaldu “Real”la müqaviləsini uzatdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Madridin "Real" klubu ilə müqaviləsini uzadıb. Xarici medianın verdiyi xəbərə görə, 31 yaşlı futbolçunun yeni razılaşması 2020-ci ilə qədər nəzərdə tutulur.

Onun əvvəlki müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatacaqdı. Ronaldu "Kral klubu"nda ildə 21 milyon avro alacaq. Müqavilənin uzadılması Avropa çempionatı başa çatanda sonra rəsmən elan ediləcək. Ronaldunun karyerasını elə "Real"da başa vuracağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31