"Correio da Manha" Ronaldudan üzr istəməyi tələb edir
23 İyun 2016 15:17 İdman"Correio da Manha" qəzeti Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun üzr istəməyini tələb edir.
Goal.az xəbər verir ki, sözügedən media qurumu Portuqaliya Futbol Federasiyası qarşısına da eyni tələbi qoyub. Bunun səbəbi Ronaldunun "Correio da Manha"nın müxbirindən mikrofonu alıb gölə tullamasıdır.
"Bu hərəkət çox ciddidir və xalqın təhqir olunması deməkdir. Hesab edirik ki, Ronaldunun üzr istəməsinə layiqik. Komandanın kapitanı kimi Ronaldunun yerinə yetirməli olduğu fundamental öhdəlikləri var", - qurumun ictimaiyyətlə əlaqələr şöbəsiin direktoru Karloş Rodriqeş deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31