2 boksçumuz lisenziyanın 1 addımlığında

Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinin görüşləri təşkil olunacaq.

Apasport.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Əgər onlar qələbə seriyalarını davam etdirsələr, Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirəcəklər.

75 kq
Kamran Şahsuvarlı 1/4 finalda Mixael O Reilli (İrlandiya) ilə üz-üzə gələcək. Bu qarşılaşmada qalib gələcək boksçu lisenziya qazanacağından görüşün gərgin keçəcəyi gözləniləndi.
 
81 kq
Olimpiya mükafatçımız Teymur Məmmədov da Rioya vəsiqənin bir addımlığındadır. O, növbəti dəfə Olimpiadada iştirak etmək üçün 1/4 finalda Hassan Saadanı mübarizədən kənarlaşdırmalıdır.
 
 
Qeyd edək ki, yarışda iştirak edən yığmamızın digər üzvü Rüfət Hüseynov (49 kq) da lisenziya şansını saxlayır. O, bunu rəsmiləşdirmək üçün iyunun 24-də olacaq yarımfinalda ekvadorlu Karlos Quiponu məğlub etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31