Avro-2016: İrlandiya 1/8 finalda, Türkiyə qrupda qaldı (FOTO)
Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.
23 İyun 2016 06:35 İdmanFransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.
E qrupunda İsveç və Belçika komandaları qarşılaşıblar. Oyun belçikalıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyunu - İtaliya-İrlandiya matçında da bir qol qeydə alınıb. İrlandlar minimal hesabla qələbə qazanaraq D qrupunun 3-cüsü - Türkiyənin növbəti mərhələyə yüksəlmək arzusunu gözündə qoyublar.
Beləliklə, E qrupundan 1/8 finala 6 xallı lider İtaliya, ikinci yeri tutan Belçika və 4 xalla ən yaxşı 4 qrup üçüncüsündən biri olan İrlandiya yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31