Avro-2016: Portuqaliya qrupda 3-cü oldu

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulur.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulur.

Bu mərhələnin son turu çərçivəsində F qrupunda Portuqaliya və Macarıstan komandaları qarşılaşıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda 6 qol qeydə alınıb - 3:3.

Qollar: Gera, 19 (1:0), Nani, 42 (1:1), Dzustsak, 47 (2:1), Ronaldo, 50 (2:2), Dzustsak, (3:2), Ronaldo, 62 (3:3)

Qrupun digər qarşılaşmasında - İslandiya - Avstriya matçında isə islandlar son dəqiqələrdə qələbə topunu vurublar - 2:1.

Beləliklə, Macarıstan 5 xalla qrup lideri, 5 xallı İslandiya qrup ikincisi, 3 xal toplayan Portuqaliya isə ən yaxşı 4 qrup 3-cüsündən biri kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb.

D qrupunun 3-cüsü olan Türkiyə millisinin növbəti mərhələyə çıxıb-çıxmayacağı isə E qrupunun bu gecə keçiriləcək oyunlarından sonra məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31