"İtaliya ilə qarşılaşmaq istəmirdik"

İspaniyanın baş məşqçisi Visente Del Boske Xorvatiya ilə məğlubiyyətlə bitən oyun haqqında fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis 1/8 finalda İtaliya ilə qarşılaşmaq istəmədiklərini etiraf edib.

"Paltardəyişmə otağında uşaqlar sakit oturmuşdular. Onlar məğlub olmağı sevmirlər. Biz oyuna nəzarət etdik. Özümüzə bəraət qazandırmaq istəmirəm, amma yaxşı oynadıq. Son dəqiqələrdə konsentrasiyanı itirdik. Futbolçulara iradım yoxdur. İtaliyanı təhlil etmək üçün vaxtımız olacaq. Bu, getmək istədiyimiz yol deyildi. Sanki xorvatlarla oyunda hər şey nəzarət altında idi. Onların fərqləndiyi əks-hücuma hazır deyildik. Perişiçin əla oyunçu olduğunu bilirdik. Bu uğursuzluqdan sonra tez bir zamanda özümüzə gəlməyə çalışacağıq. Nəticə tablodadır, İtaliya ilə görüşə hazırlaşmaq lazımdır. Mübarizəni davam etdiririk. Situasiyanı düzəltmək üçün şansımız olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31