"Bizi İspaniya və Xorvatiya ilə müqayisə etmək olmaz"

Çexiya AVRO-2008-də olduğu kimi bu dəfə də Türkiyə millisinə uduzmaqla (0:2) hazırki Avropa çempionatında mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, Çexiyanın çalışdırıcısı Pavel Vrba matçdan sonra bunları qeyd edib:

"Biz türkləri yaxşı tanıyırıq. Təsnifat mərhələsində onlarla qarşılaşmışdıq. Səfərdə qalib gəlib evdə uduzmuşduq. Təəssüf ki, bu gün yenə məğlub olduq. Həlledici matçda türklərə qarşı oynamaq asan deyil. Birinci hissədə yaxşı təsir bağışladıq, bir neçə dəfə fərqlənə bilərdik. Amma belə oyunlarda ilk qol böyük əhəmiyyət daşıyır. Fasilədən sonra oyun meydanın mərkəzində getdi. Bununla belə, hesabı bərabərləşdirmək üçün 3-4 vəziyyət qazandıq. Rəqibin ikinci topundan sonra məğlubiyyətdən qaçmaq mümkün olmadı. Məqsədimiz qrupdan çıxmaq idi. Bunun öhdəsindən gələ bilmədik. Bizi İspaniya və Xorvatiya ilə müqayisə etmək olmaz. Onlar futbolun tam fərqli səviyyəsində qərarlaşıblar. Çexiyada İnyesta və Modriç kimi futbolçular yoxdur. Gənc futbolçular üçün yaxşı dərs idi. Ümid edirəm, növbəti turnirlərdə bu dərsdən nəticə çıxararlar. Bizə Türkiyəni təbrik etmək qalır. Soyunub-geyinmə otağında Plaşil milli karyerasını bitirmək istədiyini dedi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31