TRT-dən Fatih Terimə cavab: “Danışacaqsan!”

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Çexiya üzərindəki qələbədən sonra keçirilən mətbuat konfransında TRT kanalının əməkdaşının sualını cavablamamışdı.

Publika.az xəbər verir ki, "İmperator"un bu hərəkətinə kanal rəhbərliyinin cavabı çox gecikməyib. TRT-nin texniki direktoru və idman şərhçisi Giray Bulak sərt danışıb:

"TRT-nin mənası nədir? Türkiyə Radio Televiziya qurumu... Əvvəlində Türkiyə sözü var. Milli komandanın da əvvəlində Türkiyə var. Sənin sinəndə isə ay-ulduz var. Necə yəni TRT-yə danışmıram. Danışacaqsan, sabah gəlib danışarsan. Danışmağa məcbursan. Belə şey olar? Türkiyə millisinin baş məşqçisi Türkiyə Radio Televiziyasına danışmır, fors edir. Bu, qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31