Bu gün22 iyun — 01:09Avro-2016: İspaniya və Xorvatiya

1/8 finaldaFransada keçirilən Avropa çempionatının "D" qrupu çərçivəsində 3-cü turun oyunları keçirilib. Qrup mərhələsinin son oyununda Xorvatiya İspaniyanı, Türkiyə isə Çexiyanı məğlub edib.

1/8 finaldaFransada keçirilən Avropa çempionatının "D" qrupu çərçivəsində 3-cü turun oyunları keçirilib.

Qrup mərhələsinin son oyununda Xorvatiya İspaniyanı, Türkiyə isə Çexiyanı məğlub edib.

Xorvatiya-İspaniya matçında hesabı 7-ci dəqiqədə Alvaro Morata açıb - 0:1. 45-ci dəqiqədə xorvatlar Nikola Kaliniçin qolu ilə hesabda bərabərlik əldə ediblər.

Oyunun 72-ci dəqiqəsində Serxio Ramos penalı dəyərləndirə bilməyib. Əvəzində 87-ci dəqiqədə İvan Perisiç Xorvatiyanın qələbə qolunu vurub.

Digər oyunda Türkiyə 10 və 65-ci dəqiqələrdə Burak Yılmaz və Ozan Tufanın qolları ilə çexləri məğlub edib və az da olsa ən yaxşı üçüncü yer kimi qrupdan çıxmaq şanslarını saxlamış olub.

Türkiyə millisinin səkkizdəbir finala yüksəlməsi digər qruplarda keçiriləcək oyunların nəticəsindən sonra məlum olacaq. Çexiya millisi isə çempionatda mübarizəni dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31