AÇ-2016: Akinfeyev əfsanələri geridə qoydu

Rusiya millisinin qapıçısı İqor Akinfeyev Avropa çempionatlarında ən çox qol buraxan qapıçıdır.

Apasport.az xəbər verir ki, AÇ-2016-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Uelslə matçda 3 qola əngəl ola bilməyən təcrübəli "çərçivə qoruyucusu" bununla qitə birinciliklərində qapısında 14-cü qolu görüb.

O, bu göstərici ilə əfsanəvi qapıçıları geridə qoyub. Edvin van Der Sar, Peter Şmeyxel, Andreas İsaakson və Peter Çex bu günə qədər qapılarında 13 qol görüblər.
 
Ancaq İsveç və Çexiya milliləri turnirdə çıxışlarını davam etdirdikləri üçün rus qapıçının bu "rekordu"nun qırılacağı gözləniləndi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31