"Qollar vurmağa çalışacağıq"

Avropa çempionatında B qrupunun favoriti göstərilən İngiltərə millisi ikinci pilləni tutmaqla pley-offa vəsiqə qazanıb. Qrupun son matçında Slovakiyanın müqavimətini qıra bilməyən ingilislər (0:0) Uelsi özlərindən qabağa buraxıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərənin baş məşqçisi Roy Hocson oyundan sonrakı açıqlamasında bunları deyib:

"Biz qələbəni haqq edirdik. Hər 3 oyunda üstünlük bizim tərəfimizdə olub. İngiltərəni topa bu qədər nəzarət edib fərqlənmədiyinə görə tənqid edəcəklər. Vaxt gələcək, bu qara zolaq başa çatacaq və qollar vurmağa başlayacağıq. Pley-offda bunu etməyə çalışacağıq. Hər gün penaltiləri məşq edirik. Amma məşqdə və oyundan sonrakı penaltilər arasında böyük fərq var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31