AÇ-2016: Beylə çatan yoxdur

Qrup mərhələsi başa çatmaq üzrə olan Avropa çempionatında bombardirlik yarışında da gərgin mübarizə gedir.

Apasport.az xəbər verir ki, bombardirlik yarışında təkhakimiyyətlilik yaranıb.

Belə ki, B qrupunun son turunda Rusiya üzərində böyükhesablı (3:0) qələbə qazanan Uelsin heyətində Qaret Beyl növbəti qolunu vurub. Qrup mərhələsində hər matçda 1 dəfə fərqlənən ulduz futbolçu bununla qollarının sayını 3-ə çatdıraraq, vahid liderliyə yüksəlib.
 
Onu 2 qolla Romelu Lukaku (Belçika), Dmitri Paye (Fransa), Boqdan Stanku (Rumıniya) və Alvaro Morata (İspaniya) izləyirlər.
 
Qeyd edək ki, Uels millisi B qrupunun lideri kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31