“Avro-2016”: Möcüzə Türkiyəni xilas edə biləcəkmi...
21 İyun 2016 12:20 İdmanFransada keçirilən futbol üzrə Avropa Çempionatının final mərhələsində bu gün daha iki qrupda son turun oyunları baş tutacaq.
Modern.az saytı verir ki, azərbaycanlı azarkeşlərin diqqəti D qrupuna yönələcək. Burada Türkiyə millisi Çexiya yığması ilə qarşılaşacaq. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Həm də Çexiyaya böyük hesabla qalib gəlmək tələb olunur. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.
21 iyun
C qrupu
20:00. Şimali İrlandiya - Almaniya
20:00. Ukrayna - Polşa
D qrupu
23:00. Xorvatiya - İspaniya
23:00. Çexiya - Türkiyə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31