Avropa çempionatında günün nəticələri

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində B qrupunun son oyunları keçirilib.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində B qrupunun son oyunları keçirilib.

Uels yığması Rusiya milli komandasını 3:0 hesabı ilə məğlub edərək, 6 xalla qrupda birinci yeri tutub.

İngiltərə - Slovakiya oyununda hesab açılmayıb. Beləliklə, ingilislər 5 xalla 2-ci, slovaklar isə 4 xalla 3-cü yeri tutublar.

Boyük ehtimalla Uels və İngiltərə komandaları ilə yanaşı, Slovakiya millisi də bu qrupdan pley-off mərhələsinə vəsiqə qazanan komanda olacaq.

Rusiya millisi üçünsə Avropa çempionatı bu gün başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31