Vilya: "Nolito birə-bir mübarizələrdə məni xatırladır"

İspaniya millisinin keçmiş futbolçusu David Vilya "qırmızı furya"nın heyətində AVRO-2016-da çıxış edən Nolito barədə fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, Vilya "Selta"nın futbolçusu haqqında xoş sözlər deyib.

"Komandanın oyununa uyğunlaşmaq kifayət qədər çətin prosesdir. Nominal hücumçu olmasa da, Nolito birə-bir mübarizələrdə məni xatırladır. O, cinahda oynamaq əvəzinə hücumun mərkəzində çıxış edə bilər. Nolito əla oğlandır, ona görə sevinirəm. O, futbolçu və insan kimi hər şeyə layiqdir".

Nolito İspaniyanın Avropa çempionatında keçirdiyi hər iki oyunda 90 dəqiqə meydanda olub. O,1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31