UEFA Avropa çempionatının formatını dəyişəcəkmi?
20 İyun 2016 18:35 İdmanGələcəkdə Avropa çempionatının formatını dəyişməyə ehtiyac yoxdur.
Qol.az xəbər verir ki, bu sözləri UEFA-nın yarışların keçirilməsi üzrə direktoruCorcio Marketti deyib.
UEFA İcraiyyə Komitəsinin 2008-ci ildə çıxardığı qərara əsasən, "Avro-2016"nın final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edir, bundan başqa yarışda 1/8 final mərhələsi də tətbiq olunub. Əvvəllər isə Avropa çempionatında 16 komanda oynayırdı və komandalar qrupda ən yaxşı nəticə göstərən 2 komanda 1/4 finala vəsiqə qazanırdı.
"Mənim fikrimcə, 2020 və 2024-cü ilin Avropa çempionatında da 24 komanda çıxış edəcək. Hesab edirik ki, indi formatı dəyişmək lazım deyil", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31