"Albaniya istənilən komandaya problem yarada bilər"

Albaniya AVRO-2016-nın qrup mərhələsində keçirdiyi son oyunda tarixi qələbə qazanıb. Debütant 1948-ci ildən sonra ilk dəfə Rumıniyanı məğlub edərək böyük turnirlərdə ilk zəfərini əldə edib.

Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Canni de Byazi kollektivin 2 oyundan sonra turnirə alışdığını qeyd edib.

"Biz alban azarkeşlərini sevindirdik. Təkcə Albaniyada yox, bütün dünyada yaşayanları. İlk iki oyunda edə bilmədiyimizi son görüşdə həyata keçirdik. Nəticə qazanmaq üçün qol vurmaq lazımdır. Biz təsnifat mərhələsində cəmi 2 qol buraxan güclü rəqibin öhdəsindən gəldik. İntizam və ustalıq sayəsində tapşırığın öhdəsindən gəldik. Ağıllı oynadıq və psixoloji dayanıqlıq göstərdik. İndi gözləyib məşqlərə davam edəcəyik. Turnirdə qalsaq, istənilən komandaya problem yarada bilərik. Hətta qrandlara da. Turnirə alışmaq üçün Albaniyaya 2 oyun lazım oldu. Mən optimistəm və düşünürəm ki, yolumuza davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31