Bakıda keçirilən “Formula -1” yarışları Rusiya KİV-lərinin əsas xəbəri olub
20 İyun 2016 12:12 İdman"Bakıda keçirilən "Formla -1" üzrə Avropa Qran-pri yarışları Rusiya kütləvi informasiya vasitələrinin də əsas xəbəri oldu". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili "OLAYLAR"-a bildirib ki, Bakıda keçirilən "Formla- 1" üzrə Avropa Qran-pri yarışlarının dünya gündəmini zəpt etməsi hər bir azərbaycanlını sevindirir: "Bu yarışın vətənimizdə keçirilməsi ölkəmizin inkişafının və artan gücünün göstəricisidir. Ancaq təssüflər olsun ki , bəzi sapı özümüzdən olan baltalar yenə antiAzərbaycan təbliğatı üçün hərəkətə keçiblər . Onlara xatırlatmaq istərdim ki , xarici havadalarınızın, erməni diasporasının sifarişi ilə başlatdığınız qarayaxma kampaniyası əbəsdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31