Deşam: "Kor deyiləm, görürəm ki..."
20 İyun 2016 12:02 İdmanKor deyiləm, görürəm ki, daha yaxşı oynaya bilərik. İndi bizim üçün turnirin ikinci hissəsi başlayır. Bazar günü 1/8 final oyununa çıxacağıq. Həmin görüşə hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.
Qol.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam"Avro-2016"da İsveçrə ilə 0:0 bərabərə qaldıqları matçdan sonra deyib.
Oyun haqda danışan fransalı mütəxəssis komandasının bu görüşdə qalib gəlmək şansının olduğunu bildirib: "Texniki cəhətdən İsveçrə yaxşı oynadı. Ancaq bizim qol vurmaq üçün daha yaxşı şanslarımız oldu. Bir qədər bəxtimiz gətirsəydi, qol vura bilərdik. Oyuna nəzarət baxımından inkişafa nail olmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31