Formula-1 komandasının rəhbəri: "Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm"
20 İyun 2016 11:08 İdman"Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm".
Bu barədə "Torro Rosso" Formula-1 komandasının rəhbəri Frans Tost Bakıda keçirilən Avropa Qran-prisinin yekunlarını şərh edərkən bildirib.
"Bura gəlmək və hər şeyin necə qurulduğunu görmək əsl sürpriz idi. Bakı - çox gözəl şəhərdir, insanları da çox mehribandır, bizi dəstəkləyirdilər", - o qeyd edib.
Komandanın rəhbəri, həmçinin təşkilatçılara və Formula-1 rəhbəri Berni Ekklstouna Bakının yarış təqviminə salındığına görə, minnətdarlığını bildirib.
Yarışın nəticələri haqqında danışaraq, F.Tost komandanın iki pilotunun trasdan çıxdıqları və nəticə göstərmədiklərinə görə, təəssüf etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31