"Formula 1"də ikinci gün: Təsnifat yarışında Rosberq birinci oldu

Bakıda "Formula 1" Avropa Qran Prisinin təsnifat mərhələsinin ikinci sessiyası başa çatıb.

Bakıda "Formula 1" Avropa Qran Prisinin təsnifat mərhələsinin ikinci sessiyası başa çatıb.

Bu sessiyanın yekunu üzrə Romen Qrojan (Haas), Niko Hyulkenberq (Force India), Karlos Sayns (Torro Rosso), Fernando Alonso (McLaren), Esteban Qutyerres (Haas) və Felipe Nasr (Sauber) yürüşü dayandırıblar.

Üçüncü sessiyada poulu Niko Rosberq (Mercedes), Luis Hamilton (Mercedes), Serxio Peres (Force India), Daniel Rikkardo (Red Bull), Maks Ferstappen (Red Bull), Sebastyan Fettel (Ferrari), Valtteri Bottas (Williams), Kimi Raykkonen (Ferrari), Daniil Kvyat (Torro Rosso) və Felipe Massa (Williams) oynayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31