Ukraynalı turist Bakıya vurulub
17 İyun 2016 17:53 İdmanBakı gözəl şəhərdir və əla təəssürat bəxş edir.
Bunu Bakıya "Formula 1" yarışlarını izləməyə gəlmiş ukraynalı turist Anna Alekseyeva deyib.
Onun sözlərinə görə, "Formula 1" yarışları Azərbaycana daha çox turist cəlb edəcək.
Turist qeyd edib ki, Bakıda gəzinti xeyli gözəl təəssüratlar bəxş edir və hər il bura gəlmək istəyirsən: "İnsanlar ünsiyyətcildir, hər şey çox xoşumuza gəlir".
Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.