Amerikalı azarkeş: "Bakı trası Formula 1-in digər şəhər trasları ilə müqayisədə daha yaxşıdır"

Bakı trası Formula 1-in digər şəhər trasları ilə müqayisədə daha yaxşıdır.

Bunu  amerikalı azarkeş Ted Leffler deyib.

Onun sözlərinə görə, Bakıda trekin böyük hissəsi genişdir və sürətin çox yüksək olacağı zonalar var.

Azarkeş Bakının memarlığına heyran qaldığını deyib: "Ötən gecə Bakıya gəlsəm də, şəhəri gəzə bilmişəm. Xüsusilə memarlığa və qədim qala divarlarına vuruldum".

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31