Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisində ikinci sərbəst yürüşə start verilib. Məlumata görə, pilotlar saat 17:00-da trasa çıxıb.
İkinci sərbəst yürüş 1.5 saat davam edəcək. Hazırda ən yaxşı göstərici "Scuderia Toro Rosso" komandasının pilotu Karlos Sayntsa məxsusdur.
Qeyd edək ki, sabah Qran Prinin sərbəst və sıralama yürüşü keçiriləcək.