Bakıdakı Avropa Qran Prisinin sərbəst yürüşündə qəza baş verdi
17 İyun 2016 15:17 İdmanBakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib.
Məlumata görə, hadisə trekin 15-ci döngəsində yaşanıb.
"Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb.
Qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31