Formula 1-də test yürüşləri: Hemilton liderdir!

Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin birinci sessiyası başlayıb.

Məlumatına görə, sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.

18 döngədən sonra "Mercedes" komandasının pilotu Luis Hemilton ən yaxşı nəticəni (1:46.489) göstərib. Sonrakı yerləri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Niko Rosberq (1:46.812) və "Williams" komandasından Valtteri Bottas (1:47.707) tuturlar.

Sərbəst yürüşlərin 26 döngəsindən sonra:

1. "Mercedes"dən Hemilton - 1:46.435
2. "Mercedes"dən Rosberq - 1:46.812
3. "Williams"dan Bottas - 1:47.096

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.

***

Bakıda Formula-1 çempionatının ikinci test, pilotların sərbəst yürüşü başlayıb. 

Trend-in məlumatına görə, sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31