"Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

"Formula 1" yarışı Bakının gözəlliyini dünyaya, o cümlədən Avropaya nümayiş etdirəcək".

Bunu Bakıda "Formula 1" yarışını izləyən belçikalı qonaq Enn Veyzer deyib.

O bildirib ki, Bakı bu yarış yüksək səviyyədə təşkil edib: "Bakıya gəlməyimə görə çox şadam. Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Yarış iştirakçılarına da uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Prisi yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31