Azərbaycan Velosiped İdmanı Federasiyasından "Formula 1"ə dəstək
16 İyun 2016 15:46 İdmanFormula 1 üzrə Avropa Qran Prisinə cəmi bir neçə gün qaldığı bir vaxtda, yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, gəzinti çərçivəsində Fernando Alonso Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş velosipedlə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edib. Onunla bərabər Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Averin, peşəkar və həvəskar velosipedçilər də veloturda iştirak edib. Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlıqdan sonra öz təəssüratlarını bölüşüb.