Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr olunmuş yarış keçiriləcək

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Karate yarışı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a TUMİB-dən daxil olub. Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuş yarışa iyunun 18-də II Fəxri Xiyabanda mərhumun məzarı önünə çələng qoyma mərasimi ilə start veriləcək. Yarışlar Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31