Terim özünü biabır etdi – Video
İspaniya ilə çətin görüşə hazırlaşan Türkiyə yığması məşqlərinə davam edir.
15 İyun 2016 18:19 İdmanİspaniya ilə çətin görüşə hazırlaşan Türkiyə yığması məşqlərinə davam edir.
Tərəfdar.az xəbər verir ki, yığmanın dünən baş tutan təlim-məşq toplantısında isə maraqlı hadisə yaşanıb.
Komandanın baş məşqçisi Fatih Terim "Milliyət" qəzetinin yazarı Bilal Meşeni topla hədəfə almağa çalışıb. Baş məşqçi bir kanala müsahibə verən jurnalistə təxminən 20 top atıb. Lakin bu toplardan heç biri jurnalistə dəyməyib.
Bu hadisə təlimi izləyən digər jurnalistlərin və futbolçuların gülüşünə səbəb olub.
Xatırladaq ki, D qrupunda mübarizə aparan Türkiyə yğması ilk oyununu Xorvatiyaya qarşı keçirib. Matç 1:0 xorvatların xeyrinə sona çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31