Ukrayna millisinin otağında rəzalət – FOTO

Avro-2016-nın qrup mərhələsində baş tutan Almaniya-Ukrayna oyunundan sonra xoşagəlməz fakt üzə çıxıb.

Avro-2016-nın qrup mərhələsində baş tutan Almaniya-Ukrayna oyunundan sonra xoşagəlməz fakt üzə çıxıb.

axar.az  bildirir ki, oyundan sonra hər iki yığmanın paltardəyişmə otağına girən Ralf adlı bir alman azarkeş gördüklərinin fotosunu çəkib. Fotolarda Ukraynanın paltardəyişmə otağında boş şərab, pivə şüşələri, siqaret kötükləri olduğu görünür. Almaniyanın paltardəyişmə otağında isə buz kisələrindən başqa bir şey gözə dəymir.

Ralf bu fotoları məşhur "Bild" qəzetinə göndərib. Mətbuata açıqlama verən azarkeş Avropa çempionatında təhlükəsizliyin yetərincə təmin olunmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31