Avropa Çempionatında SENSASİYA
Bu gün Avropa çempionatında qrup mərhələsində ilk tura yekun vurulacaq. Sonuncu 4 komanda da turnirdə debüt edir.
14 İyun 2016 22:01 İdmanBu gün Avropa çempionatında qrup mərhələsində ilk tura yekun vurulacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sonuncu 4 komanda da turnirdə debüt edir.
İlk olaraq meydana Avstriya və Macarıstan milliləri çıxdılar. Avropa futbolunun ortabablarında sayılan hər iki komanda qitə birinciliyinə uğurlu start vermək istəyirdi. Daha güclü olan Avstriya millisi uduzdu.
Qrupun digər matçında isə Portuqaliya və İslandiya yığmaları üz-üzə gələcəklər. Hollandiya, Çexiya, Türkiyə kimi komandalarla eyni qrupda mübarizə apararaq Fransaya yollanmağa haqq qazanmış "qeyzerlər ölkəsi"nin təmsilçiləri final mərhələsində də turist kimi iştirak etmək istəmir. Ancaq ilk rəqib Avropada sözünü demiş, ulduz oyunçuları ilə məşhur olan Portuqaliya millisidir. Veteran Eydur Qudyonsonun liderlik etdiyi yığmanın Ronaldo və dostlarına qarşı nə edəcəyi maraqla gözlənilir. Bu oyun həm də türkiyəli hakim Cüneyt Çakırın turnirdə debütü kimi əlamətdar olacaq.
Avropa çempionatı
Qrup mərhələsi
F qrupu
Avstriya - Macarıstan - 0:2
Qollar: Salai, 63, Ştiber, 87
Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. "Bordo" stadionu.
Avstriya: 1. Robert Almer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 5. Kristian Fuş, 7. Marko Arnautoviç, 8. David Alaba, 10. Zlatko Yunuzoviç (20. Marsel Şabitser, 59), 11. Martin Harnik (18. Alessandro Şöpf, 75), 14. Yulian Baumqartiner, 17. Florian Klayn, 21. Mark Yanko (9. Rubin Okotiye, 65)
Ehtiyat oyunçular: 12. Haynz Lindner, 23. Ramazan Özcan, 2. Györgi Qariçs, 6. Stefan İlsanker, 13. Markus Suttner, 15. Sebastyan Prödl, 16. Kevin Vimmer, 19. Lukas Hinterseer, 22. Yakob Yançer
Macarıstan: 1. Qabor Kirali, 2. Adam Lanq, 4. Tamas Kadar, 5. Atilla Fiola, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Salai (19. Tamas Prişkin, 69), 10. Zoltan Gera, 11. Kristian Nemet, 15. Laslo Klaynhaysler (18. Zoltan Stayber, 80), 20. Riçard Quzmiçs
Ehtiyat oyunçular: 12. Denes Dibuşz, 22. Peter Qulaşi, 3. Mihail Korhut, 6. Akoş Elek, 13. Daniel Böde, 14. Görge Lovrenisçis, 16. Adam Pinter, 17. Nemanya Nikoliç, 21. Barnabas Bese, 23. Roland Yuhaz
23:00. Portuqaliya - İslandiya
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu