Avropa çempionatında rekord

Avropa çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan Çexiya ilə matçda meydana start heyətində çıxan İspaniya millisinin futbolçuları Andres İnyesta və Sesk Fabreqas 1:0 hesablı qələbənin iştirakçısı olublar.

Qafqazinfo xəbər verir ki, bu qalibiyyət adıçəkilən futbolçular üçün rekordla əlamətdar olub. Belə ki, "Barselona" futbol məktəbinin yetirməsi olan hər iki oyunçu milli komanda ilə Avropa çempionatlarında 10-cu qələbələrini qazanıblar. Daha əvvəl heç bir futbolçu qitə birinciliyinin final mərhələsində bu qədər qələbə sevinci yaşamayıb.

Qeyd edək ki, Fabreqas və İnyesta birlikdə İspaniya millisi ilə AÇ-2008 və AÇ-2012-in iştirakçısı və çempionu olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31