"Avro-2016-nın ən güclü müdafiə xətti İtaliyadadır”
14 İyun 2016 18:26 İdmanİtaliya millisinin yarımmüdafiəçisi Emanuele Cakkerini "Avro-2016"nın ilk turunda Belçikaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Qol.az bildirir ki, oyundan sonra "Sky İtalia"ya açıqlama verən matçdakı ilk qolun müəllifi Cakkerini deyib:
"Bizim üçün bu qələbə çox vacib idi. Qol vurduğuma sevinirəm. Amma İtaliyanin uğuru bundan daha vacibdir. Belçikanın gücü rəqib futbolçularının fərdi ustalığındadır. Onlar təkbətək epizodlarda qalib olmağa qadirdilər. Bizim müdafiə xətti əla oynadı. Fikrimcə, "Avro-2016"nın ən güclü müdafiə xətti İtaliyadadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31