İbrahimoviç: "İtaliyanı məğlub etmək gücündəyik"
14 İyun 2016 18:47 İdmanİsveç millisinin hücumçusu Zlatan İbrahimoviç "Avro-2016"da İrlandiya ilə bərabərə qaldıqları oyun (1:1) haqda danışıb.
Qol.az verdiyi məlumata görə, 34 yaşlı futbolçu heç-heçəyə baxmayaraq komandasının İtaliyanı məğlub etmək gücündə olduğunu bildirib:
"İrlandiya ilə oyunda qeydə alınan bərabərlik normal nəticədir. Əsas odur ki, məğlubiyyətdən qaça bildik. Düşünürəm ki, İtaliyanı məğlub etmək gücündəyik. Ancaq bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq".
Qeyd edək ki, İsveç "Avro-2016"da növbəti oyununu məhz İtaliyaya qarşı keçirəcək. İyunun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31