"Messidən lider olmağı tələb edə bilmərik"

Maradona son günlər Messi barədə fikirləri ilə gündəmə gəlməkdədir. Futbol tarixinin digər dahisiPele ilə görüşündə Messinin Argentina millisində lider olmadığını deməsi birmənalı qarşılanmamışdı. Bundan sonra sözlərini aydınlaşdıran Maradona ulduz futbolçunun liderlik etməsi üçün komanda yoldaşlarının köməyinə ehtiyacı olduğunu qeyd etmişdi. Goal.az xəbər verir ki, 1986 mundialının qəhrəmanı növbəti dəfə bu məsələyə toxunub.

"Pele ilə söhbətdə demişdim ki, futbolda liderlər azalmaqdadır. Messidən lider olmağı tələb edə bilmərik. Bir oyunda 4 qol vurmaq lider olmaq anlamına gəlmir. Onun haqqında heç vaxt pis danışmram. Çünki özü və atası ilə gözəl münasibətim var. Leo əla oğlandır", - Maradona deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31